Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Reportyor.az Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, sabah Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Qubadlı, Gədəbəy, Göygöl, Şəmkir, Tovuz, Qazax, Samux, Ağstafa, Göyçay, Zaqatala, Şəki, Qax, Balakən, Oğuz, İsmayıllı, Şirvan, Şamaxı, Ağsu, Qəbələ, Saatlı, Sabirabad, Ağdaş, Ucar, İmişli, Kürdəmir, Neftçala, Salyan, Hacıqabul, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlıda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında, Gəncə, Naftalan, Goranboy, Daşkəsən, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Qobustanda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
KARUSEL / ÖLKƏ
Tarix: 20-05-2025, 15:44