HUMAIN 6 giqavatlıq məlumat mərkəzi planını və yeni süni intellekt əməliyyat sistemini təqdim edir

Səudiyyə Ərəbistanının süni intellekt şirkəti HUMAIN təxminən 6 giqavatlıq məlumat mərkəzi tutumu qurmağı planlaşdırır və Humain 1-i istifadəyə verir.
Yerli media xəbər verir ki, bu barədə şirkətin baş direktoru Tareq Amin Ər-Riyadda keçirilən Fortune konfransında bildirib.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman bu ilin əvvəlində Dövlət İnvestisiya Fonduna (PIF) məxsus süni intellekt şirkəti olan HUMAIN-ı təsis edib.
Şirkətin missiyası daha geniş süni intellekt ekosisteminə investisiya qoyarkən süni intellekt texnologiyaları və həlləri inkişaf etdirmək və idarə etməkdir.
O, dünyanın aparıcı ərəbdilli böyük dil modellərindən (LLM) birinin hazırlanması da daxil olmaqla, qabaqcıl süni intellekt modelləri və tətbiqləri təklif edəcək. Şirkət həmçinin süni intellekt xidmətlərini dəstəkləmək üçün yeni nəsil məlumat mərkəzləri və bulud hesablama infrastrukturu qurmağı planlaşdırır.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 13:03


























