mobil versiya

Aİ rəhbəri 200 milyard avro dəyərində süni intellekt sərmayəsi elan edib



Aİ rəhbəri Ursula von der Leyen Avropanın yeni yaranmaqda olan süni intellekt sənayesinə 200 milyard avroluq dövlət və özəl sərmayələrin yönəldilməsinə təkan verdiyini açıqlayıb.

Reportyor.az bu barədə xarici KİV-ə istinadla bildirir.

"Avropada süni intellekt investisiyaları üçün cəmi 200 milyard avro səfərbər etməyi hədəfləyirik" deyən Avropa Komissiyasının prezidenti Parisdə keçirilən süni intellekt üzrə sammitdə Aİ-nin 50 milyard avro töhfə verəcəyini, qalan hissəsini isə "təchizatçılar, investorlar və sənaye" tərəfindən vəd edəcəyini söyləyib.
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 15:29