mobil versiya

DİN: Süni intellektlə bağlı diqqətli olun



Daxili İşlər Nazirliyi süni intellektlə bağlı əhaliyə xəbərdarlıq edib.

Reportyor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Süni intellekt texnologiyasından istifadə hallarının getdikcə artdığı bir dövrdə kiberhücumlara məruz qalmamaq üçün diqqətli olun!

Süni intellekt xidmətlərindən istifadə edərkən fərdi məlumatlarınızı qarşı tərəfə ötürməkdən çəkinin. Nəzərə alın ki, etibarlı olmayan süni intellekt həllərindən istifadə məlumatlarınızı üçüncü tərəflərə ötürə və nəticədə kiberdələduzların hücumlarını asanlaşdıra bilər. Bununla yanaşı, işinizlə bağlı süni intellektdən istifadə edərkən müəssisənizə aid məxfi məlumatları da qarşı tərəfə ötürməyin.



KARUSEL / CƏMİYYƏT
Tarix: 28-01-2025, 11:17