mobil versiya

Ötən ay Qarabağ və Şərqi Zəngəzurda 5 min hektardan çox ərazi minalardan təmizlənib



2025-ci ilin dekabr ayı ərzində Qarabağ və Şərqi Zəngəzurda icra edilən humanitar minatəmizləmə əməliyyatları nəticəsində 5,098.7 ha ərazi təmizlənib.

Bu barədə ANAMA-dan bildirilib.

Qeyd edilib ki, Qarabağ və Şərqi Zəngəzurda 4 169 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
"Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində 2025-ci ilin dekabr ayı ərzində 4.4 ha ərazi təmizlənib, 5 ədəd mina və partlamamış hərbi sursat aşkarlanıb",-deyə qurumdan əlavə olunub.(trend)


KARUSEL / ÖLKƏ
Tarix: 7-01-2026, 10:46