Dağlıq ərazilərdə qar yağacaq - Xəbərdarlıq

Martın 4-ü günün ikinci yarısı Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 5-i gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edib.
Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, çaylarda sululuğun artacağı ehtimalı var.
Reportyor.az
KARUSEL / ÖLKƏ
Tarix: 3-03-2026, 17:00



























