"Vətəndaşlar belə davam etsə, karantin mayın sonuna kimi uzadıla bilər"
"Koronavirus çox sürətlə yayıla bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla bu gün səhər saatlarında Bakının "Şamaxinka deyilən ərazisində maskasız, əlçəksiz və sosial məsafəni gözləmədən dayanacaqda yaranan sıxlığı əks etdirən fotolardan danışarkən deyib.
Onun sözlərinə görə, vətəndaşlar karantin qaydalarına əməl etməlidir:
"Mayın 5-nə kimi karantin rejimi davam edir. İnsanlardan tələb olunur ki, qaydalara əməl eləsinlər, yoluxmaların sayının az olmasına arxayınlaşmasınlar. Qaydalar və tələblər özbaşına verilmir. Bu gün Azərbaycanda Ümumdünya Səhiyyə Təşkilatının missiyası fəaliyyət göstərir və bütün tədbirlər onların tövsiyyəsi əsasında həyata keçirilir".
Professor insanları səbrli olmağa səsləyib:
"Təsəvvür edin ki, bayırda bir radiasiya var, yaxud da təhlükəli silah. Əfsuslar olsun ki, çox adamlar bunun mahiyyətini anlamır. Əgər reallıq bu cür davam etsə, vəziyyət pisləşə bilər. Nəticədə tədbirlər daha da sərtləşdiriləcək".
Qeyd edək ki, bu gün sosial şəbəkədə səhər saatlarında Bakının "Şamaxinka” adlandırılan ərazisindən çəkilən fotolar yayılıb. Fotoda ölkədə karantin rejimi olmasına baxmayaraq, insanların dayanacaqlarda sıxlıq müşahidə olunub.
KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 20-04-2020, 14:58