Karantin mexanizmi ilə bağlı təklif
"Karantin mexanizminə dəyişiklik etmək lazımdır".
Qaynarinfo xəbər verir ki, bu təkliflə iqtisadçı ekspert Samir Əliyev çıxış edib.
Onun fikrincə, karantin şərtlərinə yüngülləşdirmə aparılmasa, vətəndaşlar sosial çətinliklərlə üzləşəcək:
"Havalar isinir, evdə oturmaq çətinləşir. İnsanları evdə saxlamaq çətin olacaq. Sosial çətinlik də bir tərəfdən problem yaradır. Nəsə fikirləşmək, karantin mexanizminə dəyişiklik etmək lazımdır. Sərtləşdirmək yox, sərt qaydalara əməl etmək şərti ilə onu bir qədər yüngülləşdirmək yaxşı olar".
MARAQLI / SON XƏBƏR / GÜNDƏM
Tarix: 15-04-2020, 16:44