Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Milli Hidrometeorologiya Xidməti iyulun 7-8-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Bakıda və Abşeron yarımadasında, Naxçıvan Muxtar Respublikasında, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şirvan, Qobustan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Neftçala, Salyan, Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Kəlbəcər, Laçın, Mingəçevir, Daşkəsən, Gədəbəy, Goranboy, Naftalan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuzda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.
Reportyor.az
KARUSEL / ÖLKƏ
Tarix: Bu gün, 17:27


























