Biri parkinqə icazə verir, digəri isə... - Əhali çaşğınlıq içində (FOTO)
Paytaxtın Azadlıq prospektinin Həsən Əliyev küçəsi ilə kəsişməsində dayanma-durma nişanı olmayan ərazilərdə sürücülər cərimələnir.
Reportyor.az xəbər verir ki, bu barədə jurnalist Samir Mirzə öz Facebook səhifəsində paylaşım edib.
Onun sözlərinə görə, Bakı Nəqliyyat Agentliyi (BNA) böyük marketlərin qarşısında səkilərin cibcik formasına salınmasına baxmayaraq, şaquli maşın saxlamağa icazə vermir. Yalnız bordürə paralel şəkildə dayanmağı təklif edir. Maşında sürücü əyləşibsə belə, xəbəri olmadan şəkli çəkilir.
Jurnalistin bildirdiyinə görə, ərazinin Samir adlı parkinq nəzarətçisi deyir ki, hər gününə 10 manat İcra Hakimiyyətinə qeyri-rəsmi ödəniş edir.
Yəni bir dövlət qurumu orada parkinqə icazə verir, digəri isə qadağan edir.
Reportyor.az
KARUSEL / SOSİAL / ÖLKƏ / FOTOXƏBƏR
Tarix: 10-09-2019, 11:37