Bakıda özəl bağçada uşaq çirkli suyun içində oynayır – FOTO
Facebook”da valideyn metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən “Baby Star” adlı uşaq bağçasından şikayət edib.
Reportyor.az “report”a istinadən xəbər verir ki, valideyn 2 yaşlı oğlu üçün həmin bağçadakı vəziyyətlə tanış olarkən şok yaşadığını bildirib.
“Bağçada bizi qarşılayan olmadı. Özümüz resepşnə yaxınlaşdıq. Bağçayla bizi tanış edərkən ayaqyoluna baxdıq.
Deməli, 1 otaqda 4 arakəsməsiz uşaq unitazı vardı. Yəni, oğlan qız eyni otaqda bir-birilərini görərək təbii ehtiyaclarını ödəyirlər.
Bağça yeni təmirdən çıxdığı üçün hər yerdə təmir əşyaları, taxta, sement vardı. Bir sözlə, başdan-ayağa antisanitariya.
Bağçadan çıxanda isə şəkildə gördüyünüz mənzərə ilə rastlaşdım. Bütün uşaqlar bu gölməçənin içində oynayır, oyuncaqlarını yuyurdular.
Kiminin üstü yaş, kimi vedrəyə su doldurub aparır … Kənarda duran üç müəllim isə bir-birilə söhbətləşir, heç uşaqlara baxmırdı.
Dözməyib müəllimələrə yaxınlaşıb bunun normal olub-olmadığını soruşdum.
Utanmaz kimi üzümə gülüb “həəə, bizə o uşağın anası deyib ki, o nə istəsə icazə verin” cavabını verdilər”, – deyə şikayətçi bildirib.
O, uşaq bağçanda aylıq ödənişin 420 manat olduğunu əlavə edib.
Məsələ ilə bağlı “Baby Star” uşaq bağçasının menecer Nazilə İmanova i “Report”a bildirib ki, valideyn ötən gün yaxınlaşıb bir neçə iradını bilidirib:
“Biz sertifikat almış bir bağçayıq və xüsusi sənədlərimiz var. Valideynin bildirdiyi nöqsanların üzərində texniki şöbə işləyir, onları aradan qaldırmağa çalışır.
Bunu valideynə də bildirdik ki, şənbə və bazar günü bağçadakı problemlər aradan qaldırılacaq.
Valideyn ayaqyolu barədə də şikayət bildirib. Bizim bağçada iki dənə ayaqyolu var ki, onlardan biri böyük uşaqlar, digəri isə körpələr üçündür.
Böyüklər üçün oğlan-qız arakəsməli 6 unitaz var. Azyaşlılar üçün olanda isə oğlan-qız ayrılmır və köməkçilər kömək edirlər.
Digər şikayəti isə gölməçə ilə bağlıdır. Bizim bağça hündürmərtəbəli binanın altında yerləşir.
Oyun meydançasının yerində döşəklər var, kənarları isə asfaltdır. Yağış yağanda orada gölməçə yaranıb.
Uşaq da orda oynayıb. Həmin uşağın valideyni də bizdən xahiş edib ki, uşaq suyu xoşladığı üçün mane olmasınlar.
Düzdür, biz də etiraz etmişik ki, mikrob keçər, xəstələnər. Amma valideyn uşağın istəyinə uyğun davranmağı, sudan çıxandan sonra yuyundurub paltarını geyindirməyi xahiş edib.
Həmin valideynlə danışıq aparılıb, amma valideyn mane olmağımıza narazıdır”.
MANŞET / KARUSEL / SOSİAL / ÖLKƏ

Tarix: 5-09-2019, 20:33