mobil versiya

Bakıda polislər vətəndaşı ölümdən xilas etdilər - VİDEO



Bu dəqiqələrdə Bakının Səbail rayonunda vəziyyəti pisləşən vətəndaşa polislər kömək ediblər.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.

Verilən məlumata görə, Hökumət evinin arxasında, Üzeyir Hacıbəyov küçəsində 32 yaşlı kişinin halı pisləşib. Dili qatlanan şəxsin köməyinə ilkin olaraq polislər gəliblər.

Polislərin operativ müdaxiləsi nəticəsində Samir adlı şəxsin həyatını xilas etmək mümkün olub.

Hadisənin görüntülərini çəkən vətəndaşlardan biri onu redaksiyamıza göndərib.
KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 12-09-2019, 11:36