mobil versiya

Prorektor vəzifəsindən gedən sabiq deputatdan AÇIQLAMA


Keçmiş millət vəkili, Odlar Yurdu Universitetinin prorektoru Ceyhun Osmanlı vəzifəsindən istefa verəndən sonra  Avropada fəaliyyət göstərməyə başlayıb.

Reportyor.a-ən məlumatına görə, yeni işi barədə Modern.az-a danışan Ceyhun Osmanlı yenə də təhsil sahəsində çalışdığını söyləyib:

“Uzun illər Azərbaycanda da təhsil sahəsində çalışmışam. Bu sahə mənə çox doğmadır. Hazırda ölkədən kənarda fəaliyyət göstərsəm də, işim təhsil sahəsi ilə bağlıdır. Bəzi mətbuat səhifələrində Londona köçdüyümü yazdılar. Ancaq təkcə Londonda daimi olaraq qalmıram. Həm Azərbaycanda, həm də Avropada birdən çox universitet və ümumtəhsil məktəblərində birgə layihələrin icrası ilə məşğulam. Bunlarla yanaşı, təhsil eksperti kimi də çıxış edirəm. Hətta iyunda İsveçrədə biznes məktəbin fəxri professoru seçilmişəm”.

Ceyhun Osmanlı digər işləri barədə də danışıb:

“Bəzi inşaat və enerji layihələrində məsləhətçi qismində çıxış edirəm. Bütün bu işlərlə bağlı konkret olaraq hansısa ölkəyə köçməmişəm. 7 ay olar ki, Azərbaycandan kənarda  iş həyatı qurmuşam. Hətta Azərbaycandan kənarda işlərimi qursam da, tez-tez vətənə gedib-gəlirəm. Ailəm və uşaqlarım Bakıdadır. Azərbaycan bizim daimi vətənimizdir. Ona görə də vətənimizi tam olaraq tərk etmək fikrimiz yoxdur”.

Xatırladaq ki, Ceyhun Osmanlı iqtisadiyyat üzrə fəlsəfə doktorudur. Deputat olduğu dövrdə (2010-2015-ci illər, 63 saylı Sabirabad birinci seçki dairəsi) Avropa Parlamenti, Avronest, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə sıx əməkdaşlıq edib. Həmçinin, "İrəli” İctimai Birliyinin həmtəsisçisi və sədri olub. 

C.Osmanlı 2017-2019-cu illərdə Odlar Yurdu Universitetində beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində çalışıb.
Ailəlidir, 3 oğlan övladı var.


KARUSEL / ÖLKƏ / REDAKTOR SEÇİMİ
Tarix: 17-09-2019, 11:54