mobil versiya

Kiberhücumların qarşısı alınmasa, ikinci Çernobıl ola bilər


Kiberhücumlara diqqət edilməsə, ikinci Çernobıl yaşana bilər. Axar.az xəbər verir ki, bunu Şimali Dakota Dövlət Universitetinin tələbəsi, kompüter elmləri üzrə təhsil alan Ceremi Straub “Kiberhücum da nüvə silahı qədər dağıntılara səbəb ola bilər” adlı məqaləsində qeyd edib. O, bəzi hakerlərin ABŞ-ın enerji və su sisteminə zərərli proqram yerləşdirdiyini, ABŞ ordusunun Rusiyanın elektrik sistemlərini idarə edən kompüterlərə nüfuz etdiyini söyləyib.
Straub kiberhücumların birdən-birə deyil, tədricən daha çox sayda insanı məhv edə biləcəyini diqqətə çatdırıb:
“İnsanlar qida çatışmazlığından, isinmək üçün qaz və ya enerji yoxluğundan və ya sistemi xarab olmuş yol-nəqliyyat hadisələrindən dolayı ölə bilər”.
Straub ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) hakerlərin artıq nüvə stansiyalarını hədəf aldığına dair xəbərdarlıq etdiyini bildirib:
“Belə bir hücum radioaktiv maddə və ya kimyəvi maddələrin sızması, hətta reaktorun tamamilə əriməsi ilə nəticələnə bilər”.

MANŞET / GÜNDƏM / DÜNYA
Tarix: 19-08-2019, 08:27