mobil versiya

İrandan dünyanı "şok"a salan açıqlama


Hurriyyet.org xəbər verir ki, İranın Atom Enerjisi Təşkilatının mətbuat katibi Bəhruz Kamalvəndi ölkəsinin 4,5 faiz səviyyəsində zənginləşdirilmiş uran ehtiyatının çəkisinin 300 kq həddini keçərək, 370 kiloqrama çatdırıldığını bəyan edib. Kamalvəndi ağır su ehtiyatının da 130 tondan çox olacağını və bu məsələdə heç bir məhdudlaşdırmanın olmayacağını qeyd edib.
BMT TŞ-nin 5 daimi üzvü, Almaniya və İran arasında 2015-ci ildə imzalanan nüvə müqaviləsinə görə, Tehran uranı 3,67 faizdən yüksək səviyyədə zənginləşdirə bilməz. Müqaviləyə görə, İran ən çox 300 kiloqram zənginləşdirilmiş uran ehtiyatına malik ola bilər, bundan artıq zənginləşdirilmiş uranı isə beynəlxalq bazarda satıb, əvəzinə təbii uran ala bilər. Müqaviləyə görə, İranın ağır su ehtiyatı 130 tondan artıq ola bilməz.
2018-ci ilin may ayında Tramp hökuməti ABŞ-ın birtərəfli şəkildə nüvə müqaviləsindən imtina elədiyini bəyan eləmişdi.
İran hökuməti də ABŞ-ın nüvə müqaviləsindən imtina edərək iqtisadi sanksiyalar tətbiq eləməsindən sonra müqaviləni imzalamış digər ölkələrdən (Rusiya, Çin, İngiltərə, Almaniya və Fransa) öz mənfəətlərini təmin eləmələrini tələb eləmiş, əks halda müqavilə öhdəliklərini yerinə yetirməyəcəyini bəyan eləmişdi.

MANŞET / KARUSEL / GÜNDƏM / DÜNYA
Tarix: 14-08-2019, 11:53