mobil versiya

Müxalif gənc: "Əli Kərimli xalqı dolayır"



Müxalif inqilabçı gənclərin liderlərindən biri, NİDA üzvü və keçmiş siyasi məhbus İlkin Rüstəmzadə AXCP sədri Əli Kərimlini hakimiyyətə qarşı güzəştli siyasət yürütməkdə ittiham edib.

Virtualaz.org-un məlumatına görəİlkin Rüstəmzadə Facebook səhifəsində Əli Kərimlinin icazə gözlədiyini əsas gətirərək vəd olunan mitinqdən yayındığını bildirib.

“Əli Kərimliyə müraciət edirəm: Yetər, bu insanları doladınız? İcazəli mitinq nədir? Basın çıxın meydana!”- deyə İlkin Rüstəmzadə yazıb.

Qeyd edək ki, müxalifət sentyabrın 28-də mitinq keçirməyi planlaşdırmışdı. Lakin bununla bağlı son qərar hələ də qəbul edilməyib.
İlkin Rüstəmzadənin açıqlaması Əli Kərimlinin tərəfdarları ilə digər müxalifət üzvləri arasında qarşıdurmaya və qızğın mübahisələrə səbəb olub.
KARUSEL / GÜNDƏM / SİYASƏT / ÖLKƏ / REDAKTOR SEÇİMİ
Tarix: 20-09-2019, 01:25