Baxçalıya görə Türkiyə ilə ABŞ arasında vəziyyət gərginləşdi - FOTO
Türkiyədən qaçan FETÖ terror təşkilatının üzvü Ergün Babahan “Twitter”dəki səhifəsində Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının xəstəxanaya yerləşdirilməsi ilə bağlı status yazıb.
BAKU.WS xəbər verir ki, o, “Türkiyə xalqları Baxçalısız bir siyasət dönəminə hazır olmalıdır” sözlərini qeyd edib.
Bu status ABŞ-ın Türkiyədəki səfirliyinin “Twitter” səhifəsi tərəfindən bəyənilib.
Səfirliyin bu addımına Türkiyə ictimaiyyəti və hökumət tərəfindən sərt reaksiya verilib. Dərhal ABŞ-ın Türkiyədəki səfirliyinin müvəkkili Jeffrey M. Hovenier Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb və izahat tələb edilib.
Səfirlik açıqlama yayaraq “Twitter” səhifəsi tərəfindən bəyənilmənin yanlışlıq olduğunu bildirib və üzr istəyib.
MANŞET / KARUSEL / SİYASƏT / DÜNYA
Tarix: 6-10-2019, 18:02