Müsavatın qurultayında gərgin anlar...
Müsavat Partiyasının IX qurultayı davam edir.
Musavat.com xəbər verir ki, sabiq başqan İsa Qəmbər özünə və Arif Hacılıya olan hücumlara cavab vermək haqqı istədi. Qurultay nümayəndələri bu istəyi dəstəklədi.
T.Yaqublu etiraz etdi. İ.Qəmbər isə bildirdi ki, "Sən niyə narahatsan, fikirləşirsiz ki, tənqidlərə cavabımız sizin mövqeyinizi alt-üst edəcək?"
Sonra A.Hacılı bildirdi ki, bütün tənqidlərə açıqdır: "Həqiqətə uyğun olmayan fikirlər səsləndi. Məsələn, canlı yayımda Basta səhifəsinə 5000 nəfər baxır. Siz mənə qarşı yalan fikirlər səsləndirirsiniz".
Amma yerdən T.Yaqublu və Y.Sadıqlı etiraz edərək bildiriblər ki, A.Hacılı təkrar çıxış etməsin.
Qurultayda gərgin anlar yaşanıb.
Yekunda A.Hacılı bəyan edib ki, o, tənqidlərə də cavab verməyəcək: "Qoy, siz deyən olsun".
İ.Qəmbər isə əlavə edib ki, bütün bunlar demokratiyanın təzahürüdür, yalnız bu tənqidlər Müsavatın qurultayında səslənə bilər.
MANŞET / KARUSEL / ÖLKƏ
Tarix: 13-10-2019, 15:05