Türkiyədən böyük risk - Azərbaycanlılar xüsusi əməliyyatla ölüm ocağından çıxarılır - FOTO
Dünyanı vahiməyə salan koronavirus epidemiyası ilə bağlı bütün ölkələr hərəkətə keçib.
Koronavirus epidemiyasının mərkəzi olan Uhan şəhərində yaşayan 35 Türkiyə və 10 Azərbaycan vətəndaşı xüsusi bir əməliyyatla təxliyə ediləcək.
Sərnişinlər ambulans təyyarəyə çevrilən "Koca Yusuf" adlı hərbi yük təyyarəsi vasitəsi ilə Türkiyəyə gələcək. Ekipaj və sərnişinlər xüsusi paltarlar geyəcək.
Bu insanlar təyyarədən enəndən sonra 14 gün karantində qalacaqlar. Bu insanlar digər xəstələrlə təması olmayan, qapısı şifrəli olan otaqlara yerləşdiriləcəklər. Otaqların qapı və pəncərələri daim bağlı qalacaq.
Vətəndaşların Uhandan çıxarıla bilməsi üçün Çin hökumətindən lazımi icazələr alınıb.
Qeyd edək ki, alimlər koronavirus “nCoV”-la 2019-cu ilin sonunda tanış olublar. Dünya Səhiyyə Təşkilatı da “nCoV”-la bağlı həyəcan təbili çalıb.
Bildirilir ki, koronavirusların 37-dən artıq növü var. Lakin yayılan “nCoV” həkimlərin ən çox qorxduğu virus ailəsindəndir.
“nCoV”-dan da yeni MERS və SARS qorxunc virusları törəyir. Elm adamları bildirirlər ki, bu viruslara yoluxma insanlarda 90 faiz ehtimalla ölümlə nəticələnə bilər.
İndiyə qədər bu viruslara yoluxanların 35 faizi ölüb.
Amerikalı alimlər isə Çində yaranan təhlükəli virusun məhv edilməsi üçün yeni vaksinlərin yaradılması istiqamətində çalışırlar.
MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM
Tarix: 30-01-2020, 11:40