Səhiyyə Nazirliyindən koronavirusla bağlı VACİB AÇIQLAMA
Azərbaycanda hazırda koronavirusla bağlı vəziyyət stabildir. Heç bir şübhəli hal yoxdur.
REPORTYOR.AZ xəbər verir ki, bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Sanitariya-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov bildirib.
Onun sözlərinə görə, ölkədə epidemioloji durum tam nəzarət altındadır: "Şayiələr yayılsa da, bununla bağlı rəsmi açıqlama verilib. Əgər belə bir hal baş verərsə, rəsmi orqan məlumat yayar. Amma indi heç bir şübhəli hal yoxdur"
MANŞET / SON XƏBƏR / BANNER / GÜNDƏM / ÖLKƏ
Tarix: 24-02-2020, 10:45