mobil versiya

"Şakro Maladoy" "Lotu Quli"yə məğlub olub



Rusiyada kriminal aləmin ən nüfuzlu "qanuni oğru"larından olan "Şakro Maladoy" ləqəbi ilə tanınan Zaxariy Kalaşov azərbaycanlı "qanuni oğru" "Lotu Qulu" kimi tanınan Nadir Səlifovla aralarındakı müharibədə məğlub olub.

BAKU.WS xəbər verir ki, bu barədə kriminal aləm barədə xəbərlər verən "Praym Kraym" portalı məlumat yayıb. 

Məlumata görə, "Şakro Maladoy" "Lotu Qulu"nun təsir dairəsini daraltmaq və nüfuzunu aşağı salmaq üçün bir neçə həmlə etsə də, buna nail ola bilməyib. 

Belə ki, Rusiya və MDB məkanında ən nüfuzlu kriminal avtoritet sayılan Zaxariy Kalaşov azərbaycanlı "qanuni oğru"nu sıxışdırmaq üçün Badri Koquaşvili, Quram Çixladze və Merab Djanqveladze kartından istifadə etmək istəsə də, hər üç nüfuzlu "qanuni oğru" Nadir Sələfovun tərəfini saxlyaraq ona qarşı çıxmaqdan imtina edib.
MANŞET / KARUSEL / HADİSƏ / REDAKTOR SEÇİMİ
Tarix: 13-09-2019, 16:19