“Maşın” realiti şousunda yeni şərt - əlini çəkənə 50 min AZN CƏRİMƏ
Reytinqləri alt-üst edən “Maşın” realiti şousu bu gündən start götürəcək.
Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu “Maşın” realiti şousu ənənəvi olaraq ATV kanalında yayımlanacaq.
“M Group Production” şirkətinin istehsalı olan layihədə bu dəfə də yenilik var. Əldə etdmiyimiz məlumata görə, əvvəlki yarışlardan fərqli olaraq bu dəfə avtomobildən əlini çəkən tanınmış simalar 50 min AZN cərimələnəcək.
Qeyd edək ki, bundan öncəki yarışmalarda bəzi iştirakçılar qəfil əlini maşından götürərək yarışı tərk etmişdi. Sonuncu dəyişikliklə bu cür halların qarşısının alacağı güman edilir.
MARAQLI / KARUSEL / ÖLKƏ / MƏDƏNİYYƏT
Tarix: 1-10-2019, 14:39