mobil versiya

BƏƏ-nin vitse-prezidenti Əl Minhad rayonunu Hind şəhəri adlandırıb



BƏƏ-nin vitse-prezidenti və baş naziri, Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Məktum bazar günü Əl Minhad rayonu və ətraf ərazilərin adını dəyişdirərək “Hind şəhəri” adlandırıb.

Ərəb mediasının məlumatına görə, şəhər dörd zonaya bölünür və BƏƏ sakinləri üçün evlərdən ibarətdir.
Hind 1, Hind 2, Hind 3 və Hind 4 - və 83,9 km ərazini əhatə edir.  Şəhər Emirates Yolu, Dubay-Əl Ain Yolu və Cebel Əli-Lehbab Yolu kimi əsas yollarla birləşir. Əl Minhad bölgəsi və ona bitişik ərazilər Dubay hökmdarının göstərişlərinə uyğun olaraq “Hind şəhəri” adlandırılıb.

Qeyd edək ki, Dubayda nəyinsə adının dəyişdirilməsi ilk dəfə deyil. 2010-cu ilin əvvəlində Burj Dubay Birləşmiş Ərəb Əmirliklərinin prezidenti və o zamankı Əbu-Dabinin hökmdarı Şeyx Xəlifə Bin Zayed Əl Nəhyanın şərəfinə Bürc Xəlifə adlandırıldı. O, 2022-ci il mayın 13-də vəfat edib. 
MARAQLI / KARUSEL
Tarix: 31-01-2023, 11:21