Gələn ilki iPhone-lar barəsində yeni məlumat verildi
Apple şirkəti gələn il 5G dəstəkli 3 iPhone modelini təqdim edəcək.
Bu barədə Nikkei Asian Review saytı xəbər verib. Məlumatda qeyd olunub ki, gələn il təqdim olunacaq iPhone modelləri 5.4 düym, 6.1 düym və 6.7 düym ölçülü ekranlara və Qualcomm X55 adlı sürətli 5G modemə sahib olacaqlar. Qualcomm-un verdiyi məlumata əsasən X55 adlı 5G modemin pik download sürəti saniyədə 7 Gbit, upload sürəti isə saniyədə 3 Gbit təşkil edir.
Milli.Az technote.az-a istinadən bildirir ki, lakin faktiki olaraq şəbəkə sürəti mobil operatordan asılı olacaq. İlk öncə Apple şirkəti 2020-ci il iPhone modellərində Intel şirkətinin 5G modemlərindən istifadə etməyi planlaşdırırdı. Lakin şirkət hələ smartfonlar üçün 5G modem istehsalı ilə məşğul deyil. Bundan əlavə olaraq verilmiş yeni hesabat onu təsdiqləyir ki, Apple şirkəti gələn il öz smartfon modellərində 5 nanometrlik texnoloji prosses əsasında hazırlanacaq A14 prosessorundan istifadə edəcək.
MARAQLI / KARUSEL
Tarix: 3-11-2019, 10:30