Rəfiqələr “iPhone”a görə 19 yaşlı gənci zorlayıb telefona çəkdilər - VİDEO
Tatarıstanın Buqulma şəhərində iki rəfiqə 19 yaşlı oğlanı zorlayıblar.
BAKU.WS “life.ru”ya istinadən xəbər verir ki, ağlasığmaz hadisə “iPhone” telefonu üstündə baş verib.
Belə ki, gənc oğlan ehtiyatsızlıqdan tanışı olan qızın telefonunu zədələyib. O, telefonun ekranı üzərini cızıb.
22 yaşlı qız tanışından telefonuna görə, oğlandan 3 min rus rublu (80 AZN) tələb edib. Oğlan bu pulu verməkdən imtina etdikdə isə qız 32 yaşlı rəfiqəsini köməyə çağırıb.
Qızlar birləşərək 19 yaşlı oğlanı döyüblər və onu zorlayıblar. Qızlar bu hadisəni telefona çəkiblər və gənci şantaj ediblər.
Faktla bağlı oğlan hüquq-mühafizə orqanlarına müraciət edib. Araşdırmalara başlanılıb.
KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 26-09-2019, 14:01