Astronomlar ilin 13,7 saatdan ibarət olduğu planeti kəşf edib
Astronomlardan ibarət beynəlxalq qrup hər 13,7 saatda bir cırtdan qırmızı ulduzun ətrafında fırlanan yeni ekzoplanet kəşf ediblər.
“The Astrophysical Journal” nəşri xəbər verir ki, “Wolf 327 b” adlı ekzoplanet “ifrat qısa dövrlü super Yer” kimi təsnif edilib. Onun ölçüsü Yerdən təxminən 2,5 dəfə çoxdur. Bu kəşf NASA-nın tranzit ekzoplanetlərin tədqiqi üçün nəzərdə tutulan peyki (TESS) vasitəsilə edilib. Sözügedən aparat indiyədək 7 minə yaxın potensial ekzoplanet aşkarlayıb. Onlardan 415-nin mövcudluğu artıq elmi cəhətdən təsdiqini tapıb.
Alimlərin ehtimalına görə, “Wolf 327 b” daşlı-qayalı planetdir və daxili tərkibi Merkuriyə daha çox bənzəyir. Yəqin ki, onun nazik mantiya təbəqəsinin əhatəsində irimiqyaslı dəmir nüvə mövcuddur. Bununla yanaşı, bu ekzoplanetdə az miqdarda hidrogen-helium atmosferinin də olduğu güman edilir.
“Wolf 327 b”nin ətrafında fırlandığı cırtdan qırmızı ulduz Günəşdən 93 işıq ili uzaqda yerləşir. Onun yaşının 4,1 milyard il, ölçüsü və çəkisinin isə Günəş meyarlarının cəmi 40 faizinə bərabər olduğu güman edilir.
Alimlər fərz edirlər ki, bu sistemdə başqa planetlər də mövcuddur. Amma onları kəşf etmək lazımdır.
MARAQLI / KARUSEL

Tarix: 1-02-2024, 17:57