mobil versiya

Astronomlar yaxınlıqdakı ulduz topalarında anomaliyalar aşkar ediblər



Yerə ən yaxın olan beş ulduz topasının quruluşu müasir cazibə nəzəriyyəsinin proqnozlarına uyğun gəlmir.
Bu barədə Kral Astronomiya Cəmiyyətinin “Monthly Notices” jurnalında məqalə dərc olunub.
Nyutonun cazibə nəzəriyyəsi nisbilik nəzəriyyəsi ilə birgə göy cisimlərinin hərəkətini demək olar ki, mütləq dəqiqliklə proqnozlaşdırmağa imkan verir.
O, həmçinin ulduz sistemlərinin və qalaktikaların strukturunu təhlil etməyə şərait yaradır. Lakin nəzəriyyə ilə müşahidələr arasındakı uyğunsuzluq alimlərin böyük marağına səbəb olub.
Bonn Universitetinin əməkdaşı Yan Pflamm-Altenburq Günəşə ən yaxın ulduz topalarını müşahidə edərkən anomaliyalar aşkar edib. Belə ki, astronomlar Yerdəki cisimlər kimi ulduzlar arasında da qarşılıqlı cazibə təsirlərinin olduğunu düşünürlər. Lakin son tədqiqatlar bu cazibənin ənənəvi Nyuton nəzəriyyəsinə uyğun gəlmədiyini üzə çıxarıb.
Hazırda alimlər müşahidə olunan anomaliyanın təbiətini başa düşməyə çalışır və bəlkə də yeni cazibə nəzəriyyəsinin kəşf olunacağına ümid edirlər.

MARAQLI
Tarix: 27-10-2022, 10:00