mobil versiya

Yaponiyalı həkimlər “Pfizer” peyvəndində yad cisimlər aşkar ediblər



Yaponiyalı mütəxəssislər “Pfizer”/“BioNTech” şirkətlərinin birgə istehsalı olan koronavirusa qarşı vaksinin tərkibində yad cisimlər aşkar ediblər.

REPORTYOR.AZ "Oxu.az"a istinadən xəbər verir ki, ölkə üzrə üç fərqli vaksinasiya məntqəsində istifadə edilən 18 doza peyvəndin içində ağ toz şəkilli kənar elementlər müşahidə olunub.

Həkimlər məsələnin araşdırılması üçün Səhiyyə Nazirliyinə müraciət ediblər.

Qeyd edək ki, bir müddət əvvəl Yaponiyada “Moderna” vaksinlərinin tərkibində də yad cisimlər aşkar olunmuşdu.

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 15-09-2021, 11:10