Ölkəmiz ABŞ-də Oyun Tərtibatçıları Konfransında təmsil olunub
Ölkəmiz ABŞ-də Oyun Tərtibatçıları Konfransında təmsil olunub.
Mədəniyyət Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabaliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən “Roadshow” layihəsi çərçivəsində Azərbaycanın oyun tərtibatçıları ABŞ-də keçirilən beynəlxalq konfransda iştirak etmək imkanı qazanıb.
Oyun sənayesi sahəsinin mədəniyyət və yaradıcı sənayelərin önəmli klasterlərindən olduğunu nəzərə alaraq, eyni zamanda “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın müvafiq bəndinin icrası ilə əlaqədar Mədəniyyət Nazirliyi də sözügedən konfransda təmsil olunub.
2024-cü ilin mart ayında San Fransisko şəhərində keçirilən (Game Developers Conference) konfransda 4 oyun studiyası (“Dynamic Box”, “Cool Bears”, “Darts Games”, “AzDimension”) və 1 oyun inkubasiya mərkəzi (“Gamepons”) iştirak edib.
“Gametech” Azərbaycanda yeni investisiyaları cəlb etməyə, hekayələr, qrafik dizayn və animasiya kimi sahələrdə çalışan mütəxəssislərin təkmilləşməsinə, mədəni irsin tanıdılmasına və qeyri-neft sektorunun şaxələndirilməsinə təkan verir.
MARAQLI / KARUSEL
Tarix: 28-03-2024, 12:32