mobil versiya

İki ölkə arasında Anlaşma Memorandumu imzalanıb





Azərbaycan Respublikasının Auditorlar Palatası və Hindistanın İmtiyazlı Mühasiblər İnstitutu (ICAI) arasında Anlaşma Memorandumu imzalanıb. 

Anlaşma Memorandumu Azərbaycan Respublikası Auditorlar Palatası və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Rəqəmsal İqtisadiyyatda Hesabatlılıq və Şəffaflıq” beynəlxalq elmi-praktik konfransı zamanı imzalanıb.

Konfransda Beynəlxalq Mühasiblər Federasiyası (IFAC), İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA), Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA) kimi əsas beynəlxalq qurumları, eləcə də 8 ölkəni – Azərbaycan, Türkiyə, Rusiya, Hindistan, Gürcüstan, Belarus, Belçika və Moldovanı təmsil edən 100-dən çox nümayəndə iştirak edib.

Azərbaycanın statistik məlumatlarına əsasən, 2022-ci ilin yanvar-avqust ayları ərzində Hindistan və Azərbaycan arasında ikitərəfli ticarət ötən ilin müvafiq dövrü ilə müqayisədə 159,5% artaraq 1,528 milyard ABŞ dollarına çatıb. Azərbaycanın Hindistana ixracı qeyd olunan dövrdə 181,6% artaraq 1 milyard 378 milyon ABŞ dolları səviyyəsində qərarlaşıb. Bu dövrdə Hindistan İtaliya və Türkiyədən sonra Azərbaycanın üçüncü ən böyük ixrac tərəfdaşı olub.

Reportyor.az
İQTİSADİYYAT
Tarix: 18-09-2022, 11:26