mobil versiya

Britaniyalı cütlük müsabiqələrdə iştirak etməklə bahalı mükafatlar qazanıb



Britaniyada yaşayan Kazzy Minton bir çox şirkətin reklam müsabiqələrində iştirakı hobbiyə çevirib. Bu hobbi Pembrokeshire-də yaşayan 63 yaşlı qadına əri ilə birgə dəyərli mükafatlar qazandırıb.
BBC News xəbər verir ki, Kazzy Mintonun dediyinə görə, 2021-ci ildən bəri qatıldıqları müsabiqələrdə ümumilikdə 80 min funt sterlinq (172 min manat) dəyərində mükafat udublar.
Onların qazandıqları 857 mükafat arasında dəbdəbəli səyahətlər və qiymətli zinət əşyaları, bahalı elektronika məhsulları var.
"Bu, bir hobbidir. Mən gündə iki saatımı yarışa xərcləyirəm və sonra həyatıma davam edirəm", - Kazzy Minton deyib.
O, əri Lee ilə birlikdə Kolumbiya və Norveçə iki dəfə bütün xərcləri ödənilən tətil qazanıb.
Britaniyada 6000 funt-sterlinq (təqribən 12 min manat) dəyərində tətil və qiyməti 4000 funt-sterlinq (təqribən 9 min manat) olan brilyant üzük də onların qazandıqları müsabiqə mükafatları arasındadır.
Kazzy Minton özünü "müsabiqə iştirakçısı" kimi təqdim edir. Uelsdə yaşayan qadın deyir ki, mümkün qədər çox mükafat qazanmaq üçün yarışlara qatılmağı vərdiş halına gətirib.


MARAQLI / KARUSEL
Tarix: 29-03-2024, 11:44