mobil versiya

Bu bölgədə 13 min azyaşlı həbsdə saxlanılır



Hindistan rəhbərliyi 5 avqustdan bu yana Cammu Kəşmir bölgəsində 13 min müsəlman azyaşlını həbs edib.

BAKU.WS
xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti yazıb. 

Nəşrin yazdığına əsasən, yaşları 14-ə qədər olan 13 min uşaq 45 gündür həbsdə saxlanılır.

Hindistan hökuməti müsəlman ailələrə uşaqlarını xilas etmək üçün 60 min rupi (678 funt-sterlinq) ödəmək məcburiyyəti qoyub. 

Hindistan Qadınları Milli Federasiyası azyaşlıların həbs olunması faktını təsdiqləyib və Kəşmirdə vəziyyətin stabilləşməsi istiqamətindəki iddiaları təkzib edib.
MARAQLI / KARUSEL / DÜNYA
Tarix: 1-10-2019, 14:38