mobil versiya

İnternet vasitəsilə maska və dezinfeksiya maddələri alarkən diqqətli olun – böyük dələduzluq ortaya çıxdı




Çində meydana çıxan və bütün dünyaya sürətlə yayılan koronavirus Avropada hər gün daha da sürətlə yayılır.

Musavat.com xəbər verir ki, İngiltərədə aparılan araşdırma zamanı məlum olub ki, bundan istifadə edən bir çox dələduz 1 milyon 860 min funt sterlinq dəyərində mənfəət əldə edib.

İngiltərə polisi ölkədə fəaliyyət göstərən çox sayda qurumun və ayrı-ayrı şəxslərin internet saytları vasitəsilə “koronavirus dələduzluğu”nun qurbanı olduğunu bildirib. Açıqlamada qeyd edilir ki, aldadılan qurum və şəxslərin saxta alış-veriş səbəbilə itirdikləri pulun miqdarı 1 milyon 860 min funt sterlinqdən çoxdur.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, koronavirus pandemiyasını fürsətə çevirmək istəyən şəxslər ən çox Qərbi Afrikada fəaliyyət göstərirlər.

Bu şəxslər qruplaşmalar şəklində fəaliyyət göstərirlər. Onlar yüzlərlə saxta internet səhifəsi açaraq, orada məhsulları satışa çıxarır və bu yolla insanları aldadaraq, onların pullarını mənimsəyirlər.

Zərərçəkənlər arasında bir çox xırda müəssisələr, xəstəxanalar, qocalar evi və ayrı-ayrı şəxslər var.

Araşdırmaçıların sözlərinə görə, bu saytlarda ən çox dezinfeksiya məhsulları və maskalar "satışa çıxarılır".


SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 12-04-2020, 14:25