Geomaqnit sahəsinin sakit və qeyri-sabit səviyyələrdə olacağı proqnozlaşdırılır
Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava proqnozunu açıqlayıb.
Reportyor.az xəbər verir ki, bu barədə rəsədxanadan bildirilib.
Qeyd edilib ki, günəş fəallığı zəifləyib. Hazırda Günəş küləyinin sürəti normaldır.
Dekabrın 8-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 30 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5 faiz təşkil edir. Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olması gözlənilir.
Günəş küləyinin sürətinin noyabrın 27-də baş vermiş tac kütlə atılmalarının (TKA) təsiri ilə yüksələcəyi, dekabrın 3-4-də isə nominal göstəriciyə geri dönəcəyi gözlənilir.
Geomaqnit sahəsinin sakit və qeyri-sabit səviyyələrdə olacağı proqnozlaşdırılır.
MARAQLI / KARUSEL
Tarix: Dünən, 11:45