mobil versiya

Bu gün ilin ən qısa günü olacaq





Bu gün, iyulun 9-da, Yer planetində ilin ən qısa günü qeydə alınacaq. 


Planetimiz öz oxu ətrafında adi 86 400 saniyə əvəzinə, 86 398,34 saniyəyə fırlanacaq. Bu isə indiyə qədər müşahidə edilən ən sürətli fırlanma göstəricilərindən biri olacaq.


The New York Postun məlumatına görə, Yer öz oxu ətrafında 1,51 millisaniyə daha tez fırlanacaq və bu da bir günün rəsmi uzunluğunu azaldacaq. Mütəxəssislər bildiriblər ki, bu hadisə Beynəlxalq Yer Fırlanma Xidmətinin qeydə aldığı statistik göstəricilər arasında rekord sayılır.

Adətən Yer planeti öz oxu ətrafında 24 saata — yəni 86 400 saniyəyə fırlanır. Lakin bəzən Yerin daxili və xarici təbii prosesləri fırlanma sürətində dəyişikliklərə səbəb olur.


Alimlər qeyd edir ki, planetin fırlanma tempindəki bu cüzi dəyişiklik gündəlik həyatımıza təsir etməsə də, yüksək dəqiqlikli cihazlar və qlobal saat sistemləri üçün vacib hesab olunur.

Hazırda bu dəyişikliklər xüsusilə GPS sistemləri və peyk texnologiyalarında dəqiqlik tənzimləmələrinə səbəb ola bilər.


Reportyor.az

MARAQLI / KARUSEL
Tarix: 9-07-2025, 12:32