mobil versiya

Sabah Azərbaycana qış fəsli daxil olacaq



Sabah Azərbaycana qış fəsli daxil olacaq. Bu il ölkəmizə qış fəsli dekabrın 21-i saat 14:02:18-də daxil olacaq.

REPORTYOR.AZ xəbər verir ki, bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş üfüqdən minimum hündürlükdə (26⁰.2) olur.

Həmin gün ən qısa gündüz və ən uzun gecə müşahidə olunur. Gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə olacaq.

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 20-12-2021, 13:59