mobil versiya

Bakıda ər-arvadın əl-qolunu bağlayıb döydülər, sonra qarət etdilər




Bakının Binəqədi rayonunda yaşayan ər-arvad soyğunçuluğun qurbanı olub.

REPORTYOR.AZ xəbər verir ki, bu barədə “oxu.az”a rayon Polis İdarəsindən xəbər verilib.

Alınan məlumata görə, mayın 26-na keçən gecə hasarın üstündən atlayan üç naməlum şəxs Binəqədi qəsəbə sakini Babək Fətullayevin evinə girib.

Onlar yatmış ər-arvada hücum edərək 1994-cü il təvəllüdlü Fatma Fətullayevanın ayaqlarını “skotç” lentlə, ərinin əl-qolunu isə ayaqqabı bağı ilə bağlayıblar.

Bundan sonra həmin şəxslər qurbanlarını döyərək evdən 2700 manat oğurlayıb qaçıblar.

Soyğunun araşdırılması sözügedən ərazinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən aparılır. Cinayətdə şübhəli bilinənlər hələ saxlanılmayıb.

MARAQLI / SON XƏBƏR / HADİSƏ
Tarix: 27-05-2020, 13:54