Xəstə doğulan uşaqların 4-8 faizi qohum evliliklərinin payına düşür - Baş həkim
Xəstə doğulan uşaqların 4-8 faizi qohum evliliklərinin payına düşür.
Bunu Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin talassemiya bölməsinin baş həkimi Xuraman Cəfərova martın 12-də qohum nikahları ilə bağlı ictimai müzakirələrdə deyib.
O, Azərbaycanın talassemiya xəstəlikləri baxımından endemik zona olduğunu söyləyib. Həkim qeyd edib ki, qohum evlilikləri talassemiya xəstələrinin sayının artmasına səbəb olur:
"Məqsədimiz qohum evliliklərinin qarşısını almaqdır. Dövlət bu sahədə ciddi iş görür. 2016-cı ilə qədər doğulan uşaqlar arasında talassemiya xəstəsi illik 200-yə yaxın idi, 2016-cı ildən sonra xəstələrin sayında ciddi azalma var".(report)
SAĞLAMLIQ / KARUSEL
Tarix: 12-03-2024, 13:38