mobil versiya

İctimai nəqliyyatın payının 41 faizə çatdırılması məqsəd kimi qarşıya qoyulub - Anar Rzayev


Bakıda bir il ərzində nəqliyyat vasitələri ilə təxminən 2 milyard səfər edilib.
Bunu Yerüstü Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Anar Rzayev Milli Məclisdə keçirilən “Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar” mövzusunda dinləmədə deyib.
O qeyd edib ki, bu səfərlərin 52 faizi fərdi avtomobillərin və taksilərin payına düşür.
"Bu səfərlərin yalnız 28 faizi ictimai nəqliyyatın payına düşür. 2025-ci ilin sonuna qədər ictimai nəqliyyatın payının 41 faizə çatdırılması məqsəd kimi qarşıya qoyulub", - deyə o, əlavə edib.(trend)


KARUSEL / İQTİSADİYYAT
Tarix: 11-03-2024, 10:40