mobil versiya

Cavanşir Quliyev: "Ailələrin dağılmasında kişilər günahkardır!" - VİDEO




Əməkdar incəsənət xadimi və bəstəkar Cavanşir Quliyev maraqlı açıqlamaları ilə diqqət çəkib.

REPORTYOR.AZ xəbər verir ki, “Göstərir radio” proqramına qonaq olan bəstəkar illərdir el arasında işlədilən və nümunə gətirilən bəzi atalar sözlərini bəyənmədiyini bildirib:

“Atalar sözlərinin hamısını bəyənmirəm. Məsələn: “Palaza bürün, elnən sürün”. Axı mən niyə elnən sürünməliyəm? Mənim nə günahım var? Bəlkə, el səhv edir. Hətta bəzən mən onların atalar sözü olduğuna da inanmıram. Öz-özümə deyirəm ki, görəsən, bu sözləri deyərkən ataların vəziyyəti necə olub?”

Cavanşir Quliyev dağılan ailələrdən də danışıb. Bəstəkar ailə münasibətlərinin bitməsində kişiləri günahlandırıb:

“Bu, qlobal məsələdir. Bir çox şairlər, yazıçılar bu məsələnin həlli ilə məşğul olublar. Həyatda hər zaman tək qalmaq istəyənlər tək qalır. Bu həyatda ümumi qayda yoxdur. Hər bir hadisə ayrı-ayrı analiz olunur. Mənim gəldiyim nəticə isə budur ki, ailələrin dağılmasında günah kişilərdədir. Çünki kişilər özlərini olduqlarından daha artıq hesab edirlər. Bu səbəblə də onlar ailə münasibətlərində qadına təzyiq edirlər. Evlilikdə incə münasibətlər olur. Kişilər o sərhədi pozurlar”.


SON XƏBƏR / KARUSEL
Tarix: 5-10-2021, 10:00