Cavanşir Məmmədov həmkarlarının toyunu əlindən alıb
Əməkdar artist Cavanşir Məmmədov maraqlı etirafı ilə diqqət çəkib.
“10-da görüşək” verilişinə qatılan ifaçı dəfələrlə həmkarlarının toyunu əlindən aldığını bildirib:
“Bir neçə dəfə dostum Səməd Səmədov mənə dedi ki, bilmirəm necə olur, sən neynirsən ki, mənə beh verənlər geri çəkilir, deyirlər ki, biz toy üçün Cavanşir bəylə razılaşmışıq.
Mənim bir siyasətim var: məsələn: Səməd Səmədovu 4000 min AZN qarşılığında toya çağırıblar, 500 manat da beh veriblər, daha sonra da mənə toyda oxumağı təklif ediblər.
Mən demişəm "3500 AZN-ə gəlib oxuyacam sizin toyunuzda". Ev yiyəsinin nə qədər pulu cibində qalıb. Bu hallar məndə çox olub. Hətta onlar arasında qadın müğənnilər də var.
Eləsi olub 6000 AZN-ə gedib toya, amma mən demişəm "3000 AZN verin, mən gəlib oxuyaram".
MARAQLI / SON XƏBƏR / MƏDƏNİYYƏT
Tarix: 1-07-2021, 10:28