mobil versiya

Xəzər TV-də müğənnilər dalaşdı – Canlı efir kəsildi (VİDEO)



Bu gün Xəzər TV-də yayımlanan “Hər Şey Daxil” proqramında gərgin anlar yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, proqramda qonaq olan müğənnilər Manaf Ağayevlə Mətanət Əsədova Əməkdar artist Elza Seyidcahanın “gəncləri korlayan Manaflar, Mətanətlər var” fikrinə münasibət bildiriblər.

Manaf Ağayev canlı efirdə bəstəkar-müğənnini təhdid edib: “Onun oxumağı var ki? Yaxşı oxuyan olsa, toya gedər. Bu, mənim janrımdır, oxu tərzimdir. Fəxr edirəm ki, oxuyuram. Elza xanım, sizə heç nə demirəm. Çünki kişiyəm.

Kaş, sizin yerinizə bu sözü hansısa kişi deyərdi. Onu həmin gecə yoluna qoymuşdum. Yediyim çörəyə tüpürmürəm, sizin evinizdə olmuşam. Qadınla nə danışım? Ona nə deyim?”.



SON XƏBƏR / BANNER / KARUSEL / HADİSƏ
Tarix: 7-03-2020, 09:50