Müğənnini gözdən salmaq da düzgün deyil — Rövşanə Ağasəfqızı Manaf Ağayevin MÜDAFİƏSİNƏ QALXDI
Jurnalist-aparıcı Rövşanə Ağasəfqızı son günlər efirlərdə qalmaqala səbəb olan mövzulardan və müğənnilərdən danışıb.
Aparıcı ''Ölkə.Az''-ın əməkdaşı ilə söhbətində bildirib ki, efirlərdə gedən hər söhbəti şoulaşdırmaq lazım deyil.
''Əvvəlcə onu deyə bilərəm ki, efirlərdə danışılan mövzular reytinq xatirinədir. ATV kanalında yayımlanan verilişdə Manaf Ağayevin dediyi bir kəlmə söz aləmi bir-birinə qatıb. İndi o desəydi ki, ''Həyat yoldaşım öz bildiyini etsin, istədiyi kimi yaşasın'', onda da hamı deyəcəkdi ki, ''Manafın qeyrəti yoxdur, o necə kişidir ki, çıxıb elə söz deyir''. Efir elə bir platformadır ki, nə desən, söz söhbətə çevirilir. Sadəcə bizim dilimizdə ''Başını kəsərəm'', ''Səni öldürərəm'' tipli ifadələr var deyə, Manaf da o mənada işlədib. Yoxsa Manaf Ağayev cinayətkar və ya başkəsən deyil. Düzdür, müğənni danışığına fikir verməlidir. Lakin hər şeyi bu qədər şişirdib müğənnini gözdən salmaq da düzgün deyil''.
Rövşanə Ağasəfqızı dünən verilişdə dediyi ''Bapbalaca boyu var, toya 10 min manata gedir'' fikrinə də aydınlıq gətirib:
''Mən xalqı müdafiə edib demişəm ki, müğənnini toya çağırıb 10 min manat verməyin. Xoş niyyətlə dediyim sözü belə qalmaqala çevirib, məni sosial şəbəkələrdə tənqid edirlər. Əgər fikrimin tam əksini desəydim, bilirəm ki, yenə tənqid olunacaqdım. Ünvanıma ''Sən xalqın sosial vəziyyətini fikirləşmirsən'' tipli fikirlər səsləndirəcəkdilər. Onda gərək efirlərdə ağzımıza su alıb oturaq. Elinanın intiharı, Nərminin qətli faciəvi hadisə olmasına baxmayaraq, onu belə sosial şəbəkələrdə şoulaşdırdıq. Biz əsl faiələrdən çıxıb danışmırıq, amma müğənninin bir kəlmə sözü ilə onu başkəsən elan edirik''.
KARUSEL / GÜNDƏM
Tarix: 22-02-2020, 15:00