Elza Manafın bu sözlərinə ağlayıb - Video
Əməkdar artist Elza Seyidcahan dünən ARB TV-nin efirində müğənni Manaf Ağayevin müzakirələrə səbəb olan açıqlamasına münasibət bildirib.
REPORTYOR.AZ xəbər verir ki, sənətçi instaqramda Manafın “bizə çörək lazımdır, musiqi əsəri yox” sözlərinə etiraz edərək kədərləndiyini qeyd edib: “Biri var bir qarınlıq, biri də var ki, ümumbəşəri çörək. “Bizə çörək lazımdır, əsər yox”. Vay-vay-vay... Çox ağladım. Çünki belə ucuz sözlərlə klassik-milli musiqi ənənələrimizi məhv etmirikmi? Efir əlimizdədir deyə çıxışlarımızda çox ehtiyatlı davranmalı deyilikmi? Axı efir gələcəyimiz, gənclərimiz, balalarımız üçün əsas nümunədir.
Çünki ulularımız, dahilərimizin əzab-əziyyətlə, bir qarınları tox, bir qarınları ac ola-ola xalqımız üçün yaratdıqları gözəl sənət məbədlərini uçuruma yuvarlayıb bədxahlara satmırsınızmı? Yediyimiz bir qarın çörəyi qarnımızda saxlaya bilmiriksə, aldığımız bu villaları, bahalı maşınları, zinət əşyalarını qəbirə apara bilmiriksə, o zaman qarnımız üçün yox, ululardan bizə qalan qiymətli mirası bir qarın çörəyə satmağa dəyərmi?! İndi siz deyin! Bizə bir qarın çörək lazımdır, yoxsa əsər? Ac qarnıma o qədər gözəl əsərlər bəstələmişəm ki, hələ də, o əsərlərim nəslimin, gələcəyimin qarnını doydurur, doyduracaq da.
Fikrət Əmirovun, Arif Məlikovun, Vasif Adıgözəlovun, Tofiq Quliyevin, Tahir Əkbərin, Faiq Nağıyevin, Firəngiz Əlizadənin, Xəyyam Mirzəzadənin, Aqşin Əlizadənin simfonik əsərləri, Nadir Əzimovun vağzalı balladası hələ çox gəlinləri, anaları, musiqiçiləri duyğulandırıb, kövrəldib, xoşbəxt edib qidalandıracaq.
Baxın, əsl çörək budur. Əsərimiz varsa, ümumbəşəri çörəyimiz də var”.
MARAQLI / SON XƏBƏR / BANNER / KARUSEL
Tarix: 19-02-2020, 11:25