mobil versiya

“Zəlzələ olsun restoranlar dağılsın” - Əməkdar artist OD PÜSKÜRDÜ – VİDEO



ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi əməkdar artist Elza Seyidcahan olub.

Əməkdar artist onun şeirlərini məsxərə edənlərə od püskürdü:

“Sağlam tənqidlərə baxıram. İnişaf etmək lazımdır. Tənqid edən insanın savadı olmalıdır. Mən şou əhlinə aid deyiləm, sənət əhlindənəm. Bəzi insanların fəlsəfə elmindən, palifoniyadan anlayışı yoxdur. Ümumiyyətlə poeziyanı duymurlar. Özlərinə sərf edən formada anlayırlar. Zaman gələcək mən necə yazmışam onu da başa düşəcəklər.

Mən Allahın ətəyindən yapışdığım kimi, onlar da mənim ətəyimdən yapışıblar. Ardımca gəlmək istəyirlər. Musiqimizi məhv edənlər nə qədər də çox olsalar mənim bir notuma belə toxuna bilməzlər. Gənclərə düzgün yol göstərmək lazımdır ki, uçuruma düşməsinlər. Bəzi sənətçilər kimi onlardan pul alıb deyim ki, sizdən yoxdur?! Səhəri gün pulsuz qalsınlar, sənətləri də olmasın.

Necə ki, mən nə etdiyimi bilirəm, onlar da nə etdiklərini bilsinlər. Gəlib kor-koranə musiqimizi məhv etməyə ixtiyarları yoxdur. Bahalı restoranların içərisində ucuz, keyfiyyətsiz, mikroblu musiqiləri yaymaqdansa zəlzələ olsun o restoranlar dağılsın”.


MARAQLI / KARUSEL / ÖLKƏ
Tarix: 27-09-2019, 21:07