Rusiya bu bölgələri ilhaq edəcək - Tarix açıqlandı
Rusiyanın mayın ortalarında 3 bölgəni ilhaq cəhdi edəcəyi gözlənilir.
Sfera.az bildirir ki, bu barədə ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı (ATƏT) nümayəndəsi Maykl Karpenter danışıb.
Vaşinqtonda jurnalistlərə açıqlama verən Karpenter deyib:
"Rusiya Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasını ilhaq etməyə çalışacaq. Mayın ortalarında bu regionların Rusiyaya birləşməsi üçün referendum keçiriləcək”.
O, həmçinin bildirib ki, hazırda Rusiya hərbçilərinin nəzarətində olan Xerson şəhərində müstəqillik referendumu keçirilə bilər.
Digər tərəfdən, Qərbin xüsusi xidmət orqanları Putinin mayın 9-da Ukraynaya rəsmən müharibə elan edə biləcəyi fikrindədir.
Amerikanın CNN telekanalının iddiasına görə, "Putin "xüsusi hərbi əməliyyat” adı altında heç nə əldə edə bilməyəcəyini anlayıb, eyni zamanda əsgər tapmaqda çətinlik çəkir. İndi Putinin müharibə və səfərbərlik elan edə biləcəyi düşünülür. Bununla belə, Kiyev administrasiyası səfərbərlik elanına ciddi maddi-texniki maneələrin olduğu qənaətindədir.
Ukrayna lideri Vladimir Zelenskinin müşaviri Aleksey Arerestoviç deyib: "Putinin müharibə aparmaq üçün silahı qalmayıb. 60-70 il əvvələ aid silahları anbarlardan çıxarmağa başlayıblar. Səfərbərlik elan etsələr, belə bir ordunu təchiz edə bilməyəcəklər”.
Bu arada cənubdakı Mariupol və Odessa şəhərlərinə hücumlar davam edir. Rusiya ordusu girə bilmədiyi liman şəhəri Odessanı iki gün dalbadal "Oniks” raketləri ilə vurub. Ötən gün 5 nəfərin olduğu mülki binaya dəyən raket 15 yaşlı gəncin ölümünə səbəb olub. Dünən Odessa hava limanında anbar hədəfə alınıb. Rusiya tərəfinin iddiasına görə, anbarda Türkiyə istehsalı olan TB2 pilotsuz təyyarələri ilə yanaşı, Qərb ölkələrinin Ukraynaya göndərdiyi digər silahlar da məhv edilib. Həmçinin, Rusiyanın bu hücumlarda "Kalibar” qanadlı raketi yerinə gəmi əleyhinə "Oniks” raketlərindən istifadə etməsi "Uyğun raket ehtiyatı qalmayıbmı?” sualına səbəb olub. Mariupolda son bir neçə gündə 100 mülki vətəndaş təxliyə edildikdən sonra dünən Azovstal polad zavodu Rusiya artilleriyası tərəfindən bombalanıb.
"DailyMail” qəzeti yazıb ki, Putin müharibəni şəxsən öz nəzarətinə götürüb. Avropa İttifaqının yüksək rütbəli mənbəsinin sözlərinə görə, Rusiya prezidenti bütün diqqətini müharibəyə yönəldib və hakimiyyətinin böyük hissəsini baş nazir Mixail Mişustinə təhvil verib. Ukrayna kəşfiyyatının məlumatına əsasən isə,
Putin Zelenskinin doğulduğu Krivyi Roğın ələ keçirilməsinə göstəriş verib. Putinin xərçəngə tutulduğu və əməliyyatı müharibə səbəbindən təxirə saldığı da iddia edilir.
SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 4-05-2022, 14:56