Azərbaycanda 8 nəfər koronavirusdan öldü
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 437 yeni yoluxma faktı qeydə alınıb, 554 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 814 435 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 801 276 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 346 aktiv xəstə var. Bu günə qədər 9 813 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 191, bu günə qədər isə ümumilikdə 7 162 508 test icra olunub.
SON XƏBƏR / KARUSEL
Tarix: 2-09-2022, 18:00