mobil versiya

Azərbaycanda son sutkada COVİD-19-a yoluxanların sayı AÇIQLANDI




Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 422 yeni yoluxma faktı qeydə alınıb, 2 181 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 560 853 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 522 431 nəfər müalicə olunaraq sağalıb, 7 445 nəfər vəfat edib. 30 977 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 807, bu günə qədər isə ümumilikdə 5 360 316 test icra olunub.
SON XƏBƏR / KARUSEL
Tarix: 14-11-2021, 18:00