mobil versiya

Azərbaycanda daha 255 nəfər COVID-19-a yoluxub



Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 255 yeni yoluxma faktı qeydə alınıb, 94 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan REPORTYOR.AZ-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 338 438 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 294 nəfər müalicə olunaraq sağalıb, 4 992 nəfər vəfat edib. 2 152 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 319, bu günə qədər isə ümumilikdə 3 914 819 test icra olunub.

SON XƏBƏR / KARUSEL
Tarix: 18-07-2021, 18:00