mobil versiya

Prezident Musa Yaquba mənzil hədiyyə edib


Prezident İlham Əliyev Xalq şairi Musa Yaquba mənzil hədiyyə edib.

Bu barədə “Report”a Xalq şairi özü məlumat verib.

O bildirib ki, xəbəri altı gün əvvəl alıb:

“Bakı Şəhər İcra Hakimiyyətindən zəng edib Prezidentin mənə mənzil hədiyyə etdiyini dedilər. Bildirdilər ki, ev Bakıda metronun "Qara Qarayev" stansiyası ətrafında yerləşir və üç otaqlıdır. Mənzil hədiyyə etdiyi üçün özüm və ailəmin adından dövlət başçısı İlham Əliyevə minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, bu barədə xəbəri ilk olaraq Qafqazinfo yayıb.

SON XƏBƏR / BANNER / KARUSEL
Tarix: 7-11-2019, 10:30